“PAYONİX” PROQRAM TƏMİNATININ İSTİFADƏSİ ÜZRƏ

 

 

MƏXFİLİK SİYASƏTİ

Bu Məxfilik Siyasəti Proqram Təminatından istifadə edilməsi, habelə Müqavilə imzalanması nəticəsində Müştərilərə və ya Partnyorlara (bundan sonra “Siz”, yaxud müvafiq olaraq “Müştəri” və ya “Partnyor”) və BakuPay-ə məlum olan fərdi məlumat, kommersiya və dövlət sirlərinin mühafizəsini tənzimləyir.

Xahiş edirik, Proqram Təminatından istifadə etməzdən və Partnyor Hesabı və ya Müştəri Hesabı açmazdan əvvəl Məxfilik Siyasətini diqqətlə oxuyun. Nəzərə alın ki, bu MƏXFİLİK SİYASƏTİNƏ MÜNASİBƏTDƏ “RAZIYAM” DÜYMƏSİNİ SIXDIĞINIZ ANDAN ETİBARƏN BU MƏXFİLİK SİYASƏTİNİ QƏBUL ETMİŞ OLURSUNUZ VƏ BU MƏXFİLİK SİYASƏTİ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİ İLƏ SİZİN ÜÇÜN MƏCBURİ HÜQUQİ QÜVVƏ DAŞIYAN MÜQAVİLƏ HESAB EDİLİR.

Bu Məxfilik Siyasətində fərdi məlumatların mühafizə edilməsi üçün BakuPay-in verdiyi təminatlar mümkün olduğu qədər kommersiya və dövlət sirlərinə də tətbiq edilir.

Məxfilik Siyasəti Sizdən barənizdə topladığımız fərdi məlumatları necə istifadə edəcəyimiz barədə məlumatlardan ibarətdir.

 

  1. ƏSAS ANLAYIŞLAR

Bu Partnyorlar üçün İstifadə Qaydalarında böyük hərflərlə qeyd olunmuş söz və ifadələr aşağıdakı mənaları verir:

BAKUPAY dedikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş, Proqram Təminatı və payonix.com veb-saytı üzərində bütün mülkiyyət və əqli mülkiyyət hüquqlarının sahibi olan “BakuPay” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülür.

PROQRAM TƏMİNATI dedikdə  BakuPay tərəfindən hazırlanan, obyekt və mənbə kodları da daxil olmaqla bütövlükdə BakuPay-ə məxsus olan, Partnyor və Müştərilər tərəfindən payonix.com ünvanından yüklənən, Partnyora öz satış nöqtəsini qeydiyyatdan keçirməyə, Müştərilərə isə Partnyorların satış nöqtələrində təqdim edilən xidmətləri və ya malları əldə edərkən ödənişləri yerinə yetirməyə imkan yaradan bulud texnologiyası proqram təminatı başa düşülür.

MÜQAVİLƏ Partnyorla BakuPay arasında bağlanmış Əməkdaşlıq, Proqram Təminatı Xidmət Modeli və Lisenziya Müqaviləsi başa düşülür. Bu Məxfilik Siyasəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

MÜŞTƏRİ dedikdə Proqram Təminatına istifadəçi hesabı yaradaraq qoşulmuş, Partnyorun satış nöqtəsində təqdim olunan xidmətləri və ya malları əldə edərkən ödənişi Proqram Təminatı vasitəsilə ödəniş edən hər hansı müştəri başa düşülür.

PARTNYOR dedikdə BakuPay ilə Müqavilə bağlamış, Proqram Təminatına Partnyor Hesabı açaraq qoşulmuş, öz satış nöqtəsində xidmət göstərən və ya mal satan hər hansı şəxs başa düşülür.

CİHAZ dedikdə Müştəri və ya Partnyor tərəfindən Proqram Təminatı yüklənilən, Müştəriyə Partnyorların satış nöqtələrində ödəniş etməyə və Proqram Təminatında yaratdığı Müştəri Hesabını idarə etməyə, Partnyora isə Proqram Təminatında yaratdığı istifadəçi hesabını idarə etməyə imkan yaradan mobil telefon, planşet və s. kimi hər hansı texniki vasitə başa düşülür.

PARTNYOR HESABI dedikdə Partnyorun Proqram Təminatında partnyor kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən və Partnyor və Müştərilər arasındakı əməliyyatların BakuPay tərəfindən aparılan qeydiyyatını görməyə imkan verən virtual hesab başa düşülür.

MÜŞTƏRİ HESABI dedikdə Müştərinin Proqram Təminatında müştəri kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən, şərti bonus pullar toplanan, Partnyorların satış nöqtələrində mal və ya xidmət əldə edərkən ödəniş etməyə imkan yaradan virtual hesab başa düşülür.

RAZILIQ dedikdə fərdi məlumatlarınızın BakuPay tərəfindən toplanılmasına, saxlanılmasına və işlənilməsinə, habelə üçüncü şəxslərə verilməsinə və transsərhəd ötürülməsinə verdiyiniz razılıq başa düşülür.

 

  1. ÜMUMİ MÜDDƏALAR

Fərdi məlumatlarınzla, kommersiya və dövlət sirləri ilə düzgün, dürüst və vicdanlı şəkildə rəftar edilməsi BakuPay-in inkişafı üçün olduqca vacibdir. Həmin məlumatların mühafizəsi üzərimizə qanunla qoyulan vəzifədir və bizim də əsas məqsədimiz Sizin məlumatlarınızı düzgün şəkildə toplamaq, saxlamaq və işləməkdir.

Xahiş edirik, hər şeydən əvvəl nəzərə alın ki, qanunvericilikdə birbaşa ayrı qayda nəzərdə tutulmayıbsa, fərdi məlumat, kommersiya və dövlət sirlərinin mühafizəsinə dair Azərbaycan Respublikasında tətbiq edilən bütün normativ hüquqi aktlar müvafiq qaydada Proqram Təminatından istifadə nəticəsində Sizə və BakuPay-ə məlum olan istənilən məlumata münasibətdə də tətbiq edilir.

Fərdi məlumatların mühafizəsi haqqında normativ hüquqi aktlara uyğun olaraq bizdən kim olduğumuz, fərdi məlumatlarınızdan necə və hansı məqsədlər üçün istifadə etdiyimiz və fərdi məlumatlarınızla bağlı hüquqlarınız barədə Sizə məlumat verməyimiz tələb olunur. BU MƏLUMAT SİZƏ BU MƏXFİLİK SİYASƏTİNDƏ PAYONİX.COM ÜNVANI VƏ PROQRAM TƏMİNATI VASİTƏSİLƏ TƏQDİM EDİLİR VƏ ONU OXUMAĞINIZ VACİBDİR.

Sizin kimliyinizi birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab edilir. Fərdi məlumatlarınızın qorunmasına BakuPay bu Məxfilik Siyasətində təminat verir.

Proqram Təminatı proqram təminatı xidmət modeli olmaqla açıq bulud texnologiyası olduğu kimi, BakuPay Azərbaycan Respublikasının qüvvədə olan fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq Sizin fərdi məlumatlarınızın toplanmasını və işlənməsini həyata keçirir. Bununla da, BakuPay Sizin fərdi məlumatlarınızdan istifadə etməklə fərdi məlumatların informasiya sistemi və / və ya fərdi məlumatların informasiya ehtiyatları yarada bilər.

Nəzərə alın ki, BakuPay  fərdi məlumatlarınızı yalnız Siz icazə verdiyiniz həddə toplayacaq, onlardan yalnız Siz icazə verdiyiniz həddə istifadə edəcək və həmin məlumatları yalnız Sizin seçdiyiniz şəxslərə ötürəcək.

Proqram Təminatının avtomatik olaraq BakuPay tərəfindən yenilənməsi Cihazın məsafədən idarə edilməsi və Cihazdakı məlumatların BakuPay tərəfindən əldə edilməsi hesab edilmir.

 

Biz Müştərilərin Partnyorların ticarət və ya ictimai iaşə obyektlərində mal və ya xidmət əldə edərkən Proqram Təminatı vasitəsilə ödəniş etmələrinə imkan yaradan yüksək texnologiya xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışıq. Proqram Təminatı ödəniş sistemidir və burada Siz öz elektron pul qabınızı yarada bilərsiniz.   

Əlaqə məlumatlarımız

Tam əlaqə məlumatlarımız bunlardır:

 

IV.               PRİNSİPLƏR

Fərdi məlumatlarınızı toplayarkən, saxlayarkən, işləyərkən və ya üçüncü şəxslərə ötürərkən aşağıdakı prinsipləri özümüzə rəhbər tuturuq:

  1. Qanunçuluq və şəffaflıq. Fərdi məlumatlarınızın toplanılması, saxlanılması, işlənilməsi, mühafizə edilməsi və ötürülməsi yalnız qanunauyğun şəkildə həyata keçiriləcək və şəffaflıq qorunacaq.

 

  1. Düzgün istifadə. Fərdi məlumatlarınız yalnız Sizə əvvəlcədən BakuPay tərəfindən açıqlanmış məqsədlər və ya onlarla birbaşa əlaqədar olan digər məqsədlər üçün istifadə ediləcək.

 

  1. Şəxsi seçim. Fərdi məlumatlarınız yalnız Sizin seçim hüququnuza mütənasib şəkildə toplanılacaq, saxlanılacaq, işləniləcək və ya ötürüləcək. Bu halda seçimləriniz iki formada BakuPay tərəfindən öyrənilə bilər:
  2. Müəyyən hərəkətlərin və ya fəaliyyətin həyata keçirilməsində iştirak edilməsinə razılıq verilməsi (opt-in);
  3. Müəyyən hərəkətlərin və ya fəaliyyətin həyata keçirilməsində iştirakdan imtina edilməsi (opt-out).

 

  1. Fərdi məlumatlara çıxış. BakuPay tərəfindən toplanılmış və saxlanılan fərdi məlumatlarınıza çıxış hüququnuz – onlarla tanış olmaq imkanınız hər zaman təmin ediləcək.

 

  1. Fərdi məlumatların düzəldilməsi. İstədiyiniz zaman topladığımız və saxladığımız fərdi məlumatlarınızda dəyişikliklər edilməsini tələb edə bilərsiniz.

 

  1. Unudulmaq hüququ. Fərdi məlumatlarınızın informasiya ehtiyatları sistemlərimizdən silinməsi üçün bizə müraciət edə bilərsiniz.

 

  1. Minimallaşdırılma. Yalnız zəruri olan məlumatlarınızı yalnız zəruri olan məqsədlər üçün toplayacağıq, saxlayacağıq, işləyəcəyik və ya üçüncü şəxslərə verəcəyik.

 

  1. Dəqiqlik. Yalnız dəqiq və ən son məlumatlarınızdan istifadə etməyə çalışacağıq.

 

  1. Sonrakı təminatlar. Fərdi məlumatlarınızın üçüncü şəxslərə verilməsi və ya transsərhəd ötürülməsi zamanı əldə edən şəxsdən fərdi məlumatlarınızın bu Məxfilik Siyasətində və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan mühafizə dərəcəsindən aşağı olmayan həddə mühafizə edilməsi barədə yazılı təminat alacağıq.

 

  1. Zərərin yüngülləşdirilməsi. Fərdi məlumatlarınızın mühafizəsi qaydaları pozulduqda Sizə dəyən zərərlərin yüngülləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyik.

 

  1. Pozuntu barədə bildiriş. Fərdi məlumatlarınızın mühafizəsi qaydalarının pozulması halında, əgər bu Sizə hər hansı formada zərər vurursa, Sizə təxirə salınmadan məlumat verəcəyik.

 

  1. Könüllülüyün məcburiliklə uzlaşdırılması. Fərdi məlumatlarınızın qanunvericilik ilə məcburi qaydada tələb edilməsi halında könüllü olaraq verdiyiniz razılığınıza baxmayaraq, fərdi məlumatlarınızı üçüncü şəxslərə verə bilərik.

 

  1. Mühafizə. Fərdi məlumatlarınızın məxfiliyi bu Məxfilik Siyasətində və Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən qaydada mühafizə edilir.

Nəzərə alın ki, bu Məxfilik Siyasətinin X fəslində nəzərdə tutulan qaydada fərdi məlumatlarınızın mühafizəsinin səviyyəsi BakuPay-in yuxarıda nəzərdə tutulan prinsiplərə əməl etməsi ilə bərabər tutulur.

 

V.                 RAZILIQ

Proqram Təminatında Partnyor Hesabı və ya Müştəri Hesabı yaradarkən Sizə təqdim edilən formanı qəbul edərək Razılıq verməlisiniz. Həmin Razılıqda Siz heç bir təsir altında olmadan öz azad iradənizlə formada göstərilən şərtləri qəbul etdiyinizi göstərirsiniz. BakuPay hər bir halda qanuni fəaliyyət göstərir və fərdi məlumatlarınızı qanunla icazə verilən həddə və qaydada toplayır. Bununla belə, BakuPay-in həyata keçirdiyi fəaliyyətin, habelə fərdi məlumatlarınızı toplamağının qanuniliyinə hər hansı şübhəniz varsa, bu Məxfilik Siyasətini qəbul etməyin və Razılıq verməyin. Nəzərə alın ki, qanunvericiliyin tələbi ilə biz Sizdən Razılığınız olmadan hər hansı məlumatınızı toplaya bilmərik. Həmçinin qanunvericiliyin tələbi ilə, məlumatlarınızı toplayarkən bunun məqsədini, habelə kimliyimizi Sizə tam açıqlamalıyıq.

Fərdi məlumatlarınız yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılır və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilir.

Şərtlərimizlə razı deyilsinizsə, Partnyor Hesabınızı və ya Müştəri Hesabınızı ləğv etməklə Razılığı ləğv edə bilərsiniz, lakin bu, Razılığınızı ləğv etməzdən əvvəl aparılmış hər hansı işlənilmənin etibarlılığına təsir göstərmir.

 

  1. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR

Məxfilik Siyasətimizi mütəmadi olaraq nəzərdən keçiririk.

Bu versiya sonuncu dəfə [01.09.2020] tarixində yenilənmişdir. Dəyişikliklər vaxtaşırı edilə bilər və edilən dəyişikliklər barədə biz Sizə məlumat verəcəyik. Məxfilik Siyasətində edilən hər bir dəyişiklik Sizə bu barədə məlumat verdiyimiz andan etibarən Sizin tərəfinizdən qəbul edilmiş hesab edilir. Əgər dəyişikliklərlə razı deyilsinizsə, zəhmət olmasa, Müştəri Hesabınızı və ya Partnyor Hesabınızı deaktiv edin.

 

Sizin haqqınızda müxtəlif növ fərdi  məlumatları aşağıdakı qaydada toplaya, saxlaya və ya işləyə bilərik:

Biz həmçinin hər hansı məqsəd üçün adsızlaşdırılmış statistik məlumatlar saxlayırıq, işləyirik və həmin məlumatları üçüncü şəxslərə ötürə bilərik. Statistik məlumatlar Sizin fərdi məlumatlarınızdan əldə edilə bilər, lakin bu məlumatlar Sizin kimliyinizi müəyyən etməyə imkan verən məlumatlar olmadığı üçün, qanunla fərdi məlumatlar hesab edilmir (adsızlaşdırılmış məlumatlar).

 

Haqqınızda aşağıdakı məlumatları toplayacaq və işləyəcəyik:

  1. Bizə verdiyiniz məlumatlar. Müştəri Hesabı və ya Partnyor Hesabı yaradarkən bizə təqdim etdiyiniz hər hansı fərdi məlumatlar, habelə Proqram Təminatından istifadə edilməsi üçün və ya bunun nəticəsində Sizdə Proqram Təminatı vasitəsilə tələb edilən və sizin təqdim etdiyiniz hər hansı digər fərdi məlumatlar tərəfimizdən toplanılır, saxlanılır və işlənilir. Buraya həmçinin bizlə yazışmalarınızda bizə təqdim etdiyiniz hər hansı digər məlumatlar da aiddir.

 

  1. Cihazınız barədə topladığımız məlumatlar. Hər dəfə com internet saytına daxil olanda və ya Proqram Təminatından istifadə edəndə, avtomatik olaraq Cihazınız barədə məlumatlar toplanılır. Həmçinin internet saytında və ya Proqram Təminatındakı fəaliyyətinizlə əlaqədar istifadə məlumatlarınız da BakuPay tərəfindən toplanılır, saxlanılır və işlənilir.

 Bu istifadə məlumatlarına aşağıdakılar daxil ola bilər:

  1. com internet saytında daxil olduğunuz bölmələr və oradakı fəaliyyətlər, o cümlədən sizin və seçimlərinizin yadda saxlanması;

 

  1. Cihazınızın məkan məlumatları;

 

  1. Cihazınızın xüsusiyyətləri; və

 

  1. Vaxt və tarix, həmçinin Proqram Təminatında və ya payonix.com internet saytında olduğunuz müddət.

Bu məlumatlar kukilərdən və digər oxşar texnologiyalardan istifadə etməklə toplanılır.

Payonix.com internet saytından və Platformadan istifadə etməklə məlumatların saxlanması və ya toplanması üçün izləmə texnologiyalarından istifadə etməyimizə razılıq verirsiniz.

 

  1. FƏRDİ MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİRİK

Fərdi məlumatlarınızdan yalnız qanunla icazə verildikdə istifadə edirik. Fərdi məlumatlarınızdan başlıca olaraq aşağıdakı hallarda istifadə edəcəyik:

  1. İşləmədən əvvəl razılıq verdiyiniz zaman;

 

  1. Sizinlə bağlamaq ərəfəsində olduğumuz, yaxud artıq bağladığımız müqaviləni icra etməli olduğumuz zaman;

 

  1. Qanunla qorunan maraqlarımız (yaxud üçüncü tərəfin maraqları) üçün lazım olduqda və Sizin maraqlarınız və fundamental hüquqlarınız bunu tələb etdikdə;

 

  1. Partnyorlarla hesablaşmalı olduğumuz hallarda;

 

  1. Bizim hüquqi və ya tənzimləmə öhdəliyinə əməl etməyimiz lazım olduqda.

Bu Məxfilik Siyasətində, Müqavilədə, Müştərilər üçün İstifadə Qaydalarında və Partnyorlar üçün İstifadə Qaydalarında göstərilən hallar istisna olmaqla, Sizdən topladığımız məlumatları açıqlamayacağıq. Fərdi məlumatlarınızı üçüncü tərəflərin birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərlə yalnız adsızlaşdırılmış şəkildə paylaşyacağıq.

Yalnız Sizin Razılığınız olduqda, Sizə elektron poçt məktubu və ya mətn vasitəsilə birbaşa marketinq yazışmalarını göndərəcəyik. İstənilən vaxt bizimlə əlaqə saxlamaqla həmin Razılığı ləğv etmək hüququnuz vardır.

Fərdi məlumatlarınızı marketinq məqsədləri üçün hər hansı üçüncü tərəflə bölüşməzdən əvvəl Sizin razılığınızı alacağıq.

Nəzərə alın ki, qanunvericilik ilə tələb edildiyi hallarda BakuPay fərdi məlumatlarınızı məhkəmə qərarı olmadan dövlət orqanlarına ötürə bilər.

 

  1. FƏRDİ MƏLUMATLARIN MÜHAFİZƏSİ VƏ MÜHAFİZƏNİN SƏVİYYƏSİ

Fərdi məlumatlarınızın məxfiliyi tərəfimizdən toplanıldığı andan etibarən mühafizə edilir. Bu halda məlumatlarınız konfidensial və açıq olmaqla 2 (iki) növə ayrılır. Konfidensial məlumatlarınızın məxfiliyini hər bir halda qoruyuruq və Sizin razılığınız olmadan həmin məlumatları üçüncü şəxslərə ötürməyəcəyik. Açıq fərdi məlumatlarınızın qanunvericilik ilə konfidensiallığının qorunması tələb edilmir və həmin məlumatların konfidensiallığını qorumaq öhdəliyi daşımırıq. Aşağıdakı fərdi məlumatlarınız açıq hesab edilir:

Bizə təqdim etdiyiniz bütün məlumatlar mühafizə edilən serverlərdə saxlanılır. İstənilən ödəniş əməliyyatlarını, seçdiyimiz və ödənişin işlənilməsi xidmətlərini yerinə yetirən üçüncü tərəf həyata keçirir. BakuPay fərdi məlumatlarınızın mühafizəsini təmin etmək məqsədilə bu sahədə nəzarət etmək üçün hər hansı bir əməkdaşını ayıracaq. PARTNYOR HESABINIZA VƏ YA MÜŞTƏRİ HESABINIZA ÇIXIŞ ƏLDƏ ETMƏK ÜÇÜN SİZƏ TƏQDİM EDİLƏN ŞİFRƏLƏRİN MƏXFİLİYİNİN QORUNMASI ÜÇÜN BÜTÜN MƏSULİYYƏTİ SİZ ÖZÜNÜZ DAŞIYIRSINIZ. XAHİŞ EDİRİK, HƏMİN ŞİFRƏLƏRİ ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ BÖLÜŞMƏYİN.

Fərdi məlumatlarınızın məxfiliyinin mühafizəsinin səviyyəsi bu Məxfilik Siyasətinin IV fəslində göstərilən prinsiplərə tam əməl edilməsi ilə müəyyən edilir.

Şəxsi məlumatlarınız ciddi gizlilik, məxfilik və təhlükəsizlik ilə işləniləcək; bununla belə, xahiş edirik, nəzərə alın ki, bir yerdən digərinə hər hansı bir elektron köçürmə zamanı risklər mövcuddur.

Məlumatlarınızın mühafizəsi tələbləri pozularsa, bu barədə Sizə dərhal məlumat verəcəyik.

Fərdi məlumatların mühafizə qaydalarının pozuntusu ilə bağlı şübhəli halları aradan qaldırmaq üçün müəyyən qaydalara sahibik və qanuni şəkildə bunun edilməsi bizdən tələb edildikdə, Sizə və hər hansı tənzimləyici orqana məlumat verəcəyik.

 

  1. KUKİLƏR

Sizi payonix.com internet saytında, Proqram Təminatında digər istifadəçilərdən fərqləndirmək və seçimlərinizi yadda saxlamaq üçün kukilərdən istifadə edirik. Bu, Proqram Təminatından istifadə edərkən və ya payonix.com internet saytına giriş etdiyiniz zaman Sizi qabaqcıl təcrübə ilə təmin etməyimizə kömək edir və həmçinin payonix.com internet saytının və Proqram Təminatının təkmilləşdirilməsinə imkan yaradır.

 

BakuPay fərdi məlumatlarınıza çıxışı olan əməkdaşlarının sayını minimuma endirəcək. Bu halda, yalnız “ağlabatan dərəcədə zəruri” olan şəxslərin fərdi məlumatlarınıza çıxış hüququ olacaq.

BakuPay topladığı, saxladığı, işlədiyi və üçüncü şəxslərə verdiyi fərdi məlumatların həcmini minimuma endirəcək. Bu halda, yalnız “ağlabatan dərəcədə zəruri” olan fərdi məlumatlarınız toplanılacaq, saxlanılacaq, işləniləcək və ya üçüncü şəxslərə veriləcək.

BakuPay bu Məxfilik Siyasətinə uyğun olaraq Sizə bildirdiyi, məlumatlarınızın toplanılma məqsədlərinin həcmini minimuma endirəcək. Bu halda, BakuPay-in fərdi məlumatlarınızın toplanılması, saxlanılması, işlənilməsi və üçüncü şəxslərə verilməsinin məqsədləri yalnız “ağlabatan dərəcədə zəruri” olan məqsədlər olacaq. Həmçinin BakuPay Sizə bildirdiyi məqsədlərlə birbaşa bağlı olan məqsədlər üçün də fərdi məlumatlarınızdan istifadə edə bilər. Bu halda da həmin məqsədlər yalnız “ağlabatan dərəcədə zəruri” olan məqsədlər olacaq. Digər tərəfdən, həmin məqsədlər BakuPay-in Sizə bildirdiyi məqsədlərdən əhəmiyyətli dərəcədə fərqli və ya qeyri-adi olmayacaq.

 

Fişinq hücumları proqram təminatlarının yüklənilməsi və ya elektron poçt ünvanına göndərilən məktublara daxil olunması nəticəsində şəxsin fərdi məlumatlarını, şifrələrini əldə etmək və ya texniki vasitələrə dağıdıcı virus yüklənilməsi məqsədi daşıyır. Fişinq kiberdələduzluqdur və BakuPay heç bir şəkildə fişinq hücumları həyata keçirmir. Bu məqsədlə, BakuPay Sizə aşağıdakı formalarda fişinq hücumları etməyəcəyinə dair zəmanət verir:

  1. Rəsmi elektronik medya yayılma/satış platformasından yüklənilən Proqram Təminatında dağıdıcı virusların olmaması üçün ağlabatan bütün tədbirləri görəcək;

 

  1. Elektron poçt ünvanınıza, habelə Proqram Təminatındakı Müştəri Hesabınızın və ya Partnyor hesabınızın mesajlaşma bölməsinə fişinq hücumları həyata keçirmək üçün hər hansı elektron məktub göndərməyəcək;

 

  1. Müştəri Hesabını və ya Partnyor Hesabını yaradarkən təqdim etdiyiniz elektron poçt ünvanını fişinq hücumlarını reallaşdırmaq üçün hər hansı üçüncü şəxslərə ötürməyəcək.

Nəzərə alın ki, fişinq hücumları çox zaman müəyyən marka adının dəyişdirilmiş formalarından istifadə edilməsi yolu ilə həyata keçirilir. BakuPay Sizə qarşı heç bir zaman fişinq hücumları həyata keçirməyəcək. Ona görə də, domen hissəsi “BkuaPay”, “BaakuPy”, “BakuuPay”, “BakuPayy” kimi domen adlarından ibarət olan elektron poçt ünvanlarından elektron poçt ünvanınıza daxil olan elektron poçt məktublarını açmayın. Unutmayın ki, fişinq hücumları kiberdələduzluq olduğu üçün, bu hücumlar nəticəsində Sizin fərdi məlumatlarınızı, bank hesabı məlumatlarınızı, hesabınızın şifrəsinin əldə edilməsi, hətta Cihazınızın idarə edilməsi ilə nəticələnə bilər.

Fişinq hücumlarından qorunmaq üçün BakuPay Sizə aşağıdakıları tövsiyə edir:

  1. “BakuPay” və “Payonix” sözləri ilə oxşarlıq təşkil edən domen adlarından istifadə edilən, həmçinin “payonix@gmail.com”, “bakupay@mail.ru” kimi elektron poçt ünvanlarından göndərilən elektron poçt məktublarını açmayın;

 

  1. Sizi Proqram Təminatındakı Müştəri Hesabında və ya Partnyor Hesabında qeydiyyat, istifadəçi adı/şifrəsinin təkrar girişi və ya dəyişdirilməsinə, bank kartı ilə alqı-satqıya, yönəldən elektron məktublardan şübhələnin;

 

  1. Fişinq hücumları aşkar etdikdə və ya bu barədə şübhələndikdə vaxt itirmədən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verin.

Xüsusilə, nəzərinizə çatdırmaq istərdik ki, fişinq hücumlarını təşkil edən elektron poçt məktubları bir çox hallarda ümumi xarakter daşıyır və “hər kəsə salam” və s. kimi ifadələrlə başlayır. Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Müştəri Hesabınızın və ya Partnyor Hesabınızın, o cümlədən elektron poçt ünvanınızın şifrələrini üçüncü şəxslərlə bölüşməməlisiniz. Bir çox hallarda, fişinq hücumlarını həyata keçirən şəxslər elektron poçt məktubları vasitəsilə şifrələrinizi əldə etməyə cəhd göstərirlər.

 

Fərdi məlmatlarınızın saxlanılma müddətləri haqqında məlumatı bizə yazılı şəkildə müraciət etməklə əldə edə bilərsiniz. Bəzi hallarda fərdi məlumatlarınızı, tədqiqat və statistik, habelə hesablaşma məqsədləri üçün adsızlaşdıracağıq və bu halda həmin məlumatlardan Sizə bildirmədən müddətsiz istifadə edə bilərik. Nəzərə alın ki, həmin məlumatlardan istifadə edilməsinə qanunla icazə verilir və BakuPay yalnız qanun çərçivəsində Sizin fərdi məlumatlarınızdan istifadə edir.

 

  1. QANUNLA QORUNAN HÜQUQLARINIZ

Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyinə əsasən, fərdi məlumatlarınızın mühafizəsi üzrə aşağıdakı hüquqlara sahibsiniz:

  1. Fərdi məlumatlarınızın toplanılmasına, saxlanılmasına və işlənilməsinə icazə vermək. Məlumat subyekti olaraq Siz BakuPay-ə fərdi məlumatlarınızın toplanılmasına, istifadə edilməsinə, saxlanılmasına və əgər zəruridirsə, üçüncü şəxslərə ötürülməsinə icazə verməlisiniz. Bunun üçün Proqram Təminatında Müştəri Hesabı və ya Partnyor Hesabı yaradarkən qarşınıza çıxan, fərdi məlumatlarınızın toplanılmasına, saxlanılmasına və işlənilməsinə razılığınızı tələb edən pəncərədə “razıyam” düyməsini sıxmalısınız. Nəzərə alın ki, “razıyam” düyməsini sıxmasanız, Proqram Təminatında Müştəri Hesabı və ya Partnyor Hesabının yara bilməyəcəksiniz və bu məqsədlə Sizin üçün yeni pəncərə açılmayacaq.

 

  1. Fərdi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsinə razılıq verilməsi. Məlumat subyekti olaraq Siz BakuPay-ə fərdi məlumatlarınızı üçüncü şəxslərə ötürməyə icazə verməlisiniz. Bu cür ötürmə həm Azərbaycan Respublikasının sərhədləri daxilində, həm də transsərhəd ola bilər. BakuPay Sizə zəmanət verir ki, biznes fəaliyyətinin normal və operativ davam etdirilməsini təmin etmək məqsədi istisna olmaqla, fərdi məlumatlarınız heç bir şəkildə üçüncü şəxslərə ötürülməyəcək. Nəzərə alın ki, qanunvericiliyin tələbi ilə BakuPay-in fərdi məlumatlarınızı məcburi şəkildə dövlət orqanlarına ötürməsi istisna təşkil edir. Bunun üçün Proqram Təminatında Müştəri Hesabı və ya Partnyor Hesabı yaradarkən qarşınıza çıxan, fərdi məlumatlarınızın  ötürülməsinə razılığınızı tələb edən pəncərədə “razıyam” düyməsini sıxmalısınız. Nəzərə alın ki, “razıyam” düyməsini sıxmasanız, Proqram Təminatında Müştəri Hesabı və ya Partnyor Hesabının yara bilməyəcəksiniz və bu məqsədlə Sizin üçün yeni pəncərə açılmayacaq.

 

  1. Fərdi məlumatlarınızla tanış olmaq. Məlumat subyekti olaraq Siz BakuPay-in topladığı məlumatlarınızla tanış olmaq hüququnuz var. Həmçinin Siz toplanılan fərdi məlumatlarınızın mənbələri barədə məlumatları da BakuPay-dən tələb edə bilərsiniz. Bunun üçün Proqram Təminatında “fərdi məlumatlarım barədə məlumat əldə et” düyməsini sıxmalısınız.

 

  1. Dəyişiklik edilməsi tələbi. Məlumat subyekti olaraq, Siz bizdən, təxirə salınmadan, düzgün olmayan fərdi məlumatların düzəldilməsini tələb etmək hüququna maliksiniz. Məlumatların işlənilməsi məqsədlərini nəzərə alaraq, məlumat subyekti əlavələr edilməklə natamam fərdi məlumatların tamamlanmasını tələb etmək hüququna malikdir. Bunun üçün Siz özünüz Proqram Təminatına daxil etdiyiniz məlumatlarınızı dəyişə, bu mümkün olmadıqda isə Proqram Təminatındakı “əlaqə” düyməsini sıxaraq bu barədə BakuPay-ə tələb göndərə bilərsiniz.

 

  1. Fərdi məlumatlarınızın məhv edilməsi tələbi. Siz BakuPay-dən, təxirə salınmadan, fərdi məlumatlarınızın məhv edilməsini və ya arxivləşdirilməsini tələb edə bilərsiniz. Bununla, Siz “unudulmaq hüququ”nuzu həyata keçirirsiniz. BakuPay bu halda Sizinlə əməkdaşlığa son verəcək və Proqram Təminatındakı Müştəri Hesabınız və ya Partnyor Hesabınız müvafiq qaydada deaktiv ediləcək. Bunun üçün müvafiq qaydada BakuPay-ə sorğu göndərməlisiniz. Müvafiq qaydada sorğu göndərərək fərdi məlumatlarınızın məhv edilməsini BakuPay-dən tələb etdiyiniz andan etibarən 3 (üç) ay müddətində BakuPay topladığı fərdi məlumatlarınızı məhv edəcək.

 

  1. Razılığın ləğv edilməsi. Fərdi məlumatlarınızın toplanılması, saxlanılması, işlənilməsi və ötürülməsi üzrə verdiyiniz razılıqları istənilən vaxt ləğv edə bilərsiniz. Bununla belə, bu razılığın ləğv edilməsindən əvvəl yerinə yetirilmiş hər hansı toplanılmanın, işlənilmənin və ya ötürülmənin qanuniliyinə təsir etməyəcək. Həmçinin, Sizin fərdi məlumatlarınızın marketinq məqsədləri üçün işlənilməməsini xahiş etmək hüququnuz vardır. BakuPay bu halda Sizinlə əməkdaşlığa son verəcək və Proqram Təminatındakı Müştəri Hesabınız və ya Partnyor Hesabınız müvafiq qaydada deaktiv ediləcək.

          info@bakupay.az elektron poçt ünvanımızla əlaqə saxlamaqla istənilən vaxt bu hüquqların hər hansı birindən yararlana bilərsiniz. 

 

  1. Şəxsin kimliyi barədə məlumatlar: [ad, soyad, qızlıq soyadı, istifadəçi adı və ya oxşar məlumat, ailə vəziyyəti, adı, doğum tarixi, cinsi] daxildir.

 

  1. Əlaqə məlumatları: [hesabın təqdim edildiyi ünvan, çatdırılma ünvanı, e-poçt ünvanı və telefon nömrələri] daxildir.

 

  1. Əməliyyat məlumatları: [sizə edilən və sizdən edilən ödənişlərə dair məlumat və In-App satınalmalarının təfərrüatları] daxildir.

 

  1. Cihaz məlumatları: [istifadə etdiyiniz Cihazın növü] [Cihazın vahid identifikatoru (məsələn, Cihazın IMEI nömrəsi, Cihazın simsiz şəbəkə interfeysinin MAC ünvanı və ya Cihazın istifadə etdiyi mobil telefon nömrəsi)], [mobil şəbəkə məlumatı,] [mobil əməliyyat sisteminiz,] [istifadə etdiyiniz mobil brauzer növü,] [saat qurşağının sazlanması,] [DİGƏR MƏLUMATLAR] daxildir.

 

  1. Məzmun məlumatları: Cihazınızda saxlanılan məlumatlar, o cümlədən [dostların siyahısı], [giriş məlumatları] [fotoşəkillər, videolar və ya digər rəqəmsal məzmun,] [qeydiyyatlar,] [DİGƏR MƏLUMATLAR] daxildir.

 

  1. Profil məlumatları: [istifadəçi adınız və şifrəniz, In-App satınalma xronologiyası, maraqlarınız, seçimləriniz, rəyləriniz və sorğu cavabları] daxildir.

 

  1. İstifadə məlumatları: Proqram Təminatından istifadə etməyiniz və ya internet saytımıza daxil olmağınızın barədə təfərrüatlar, o cümlədən bizim hesabın təqdim edilməsi məqsədlərimiz üçün tələb edilib-edilməməsindən asılı olmayaraq [trafik məlumatlar [və digər kommunikasiya məlumatları]] [və daxil olduğunuz mənbələr] daxildir.

 

  1. Marketinq və Kommunikasiya Məlumatları: [bizdən və üçüncü tərəflərdən marketinq almaq seçiminiz və kommunikasiya seçimləriniz] daxildir.

 

  1. Məkan Məlumatları: [GPS texnologiyası, YAXUD [DİGƏR TEXNOLOGİYA]] vasitəsilə sizin hazırda olduğunuz məkan] daxildir.